3.1. Tənzimlənən qiymətlər dövlət inhisarında olan məhsullara (mallara, işlərə, xidmətlərə), təbii inhisar subyektlərinin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir.
3.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş məhsulların (malların, işlərin, xidmətlərin) siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
3.3. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq tənzimlənən qiymətləri tətbiq edirlər.
3.4. Bu qanunun müddəaları qiymətləri tənzimlənməyən məhsullara (mallara, işlərə, xidmətlərə) şamil edilmir.
3.5. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.