7.1. Qiymətlərin tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifələri aşağıdakılardır:
7.1.1. qiymətlərin tənzimlənməsini həyata keçirmək;
7.1.2. qiymətlərin tənzimlənməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək;
7.1.3. qiymətlərin əmələ gəlməsi və tənzimlənməsi sahəsində dövlət siyasətini müəyyənləşdirən normativ hüquqi aktlara dair təkliflər vermək;
7.1.4. qiymətlərin tənzimlənməsi və onlara nəzarət sahəsində icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini əlaqələndirmək və onlara metodiki köməklik göstərmək;
7.1.5. qiymətin əmələ gəlməsi və tətbiqi ilə bağlı meydana çıxan məsələlərə dair rəy vermək;
7.1.6. rəqabət qanunvericiliyinə uyğun olaraq, zərurət yarandığı hallarda qiymətin əmələ gəlməsi subyektinin istehsal xərclərinin kənar amillər hesabına artırılmasının qarşısının alınmasını təmin etmək.
7.2. Qiymətlərin tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquqları aşağıdakılardır:
7.2.1. qiymətlərin tənzimlənməsi sahəsində icrası məcburi olan qərarlar qəbul etmək;
7.2.2. müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qiymətin əmələ gəlməsinin əsaslandırılması üzrə məlumatları təsərrüfat subyektindən, habelə əlaqədar icra hakimiyyəti orqanlarındar tələb etmək;
7.2.3. zəruri hallarda ekspert və mütəxəssislər dəvət etmək;
7.2.4. məhsulun (malın, işin, xidmətin) istehsalına və satışına aid edilən xərclərin əsassız artırılmasının qarşısını almaq və onlara məhdudiyyətlər tətbiq etmək;
7.2.5. tənzimlənən qiymətlərin əmələ gəlməsi və tətbiqi qaydalarına nəzarət etmək;
7.2.6. qanunvericiliklə müəyyən olunmuş tənzimlənən qiymətlərin tətbiqi qaydalarının pozulmasına görə müvafiq sanksiyalar tətbiq etmək.