Qanunvericilik › Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən təsərrüfat subyektlərinin vəzifələri və hüquqları

Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri tənzimlənən təsərrüfat subyektlərinin vəzifələri aşağıdakılardır:

8.1.1. qiymətlərin tənzimlənməsinə dair qərarları yerinə yetirmək;

8.1.2. tənzimlənən qiymətlərin əmələ gəlməsi və tətbiqi qaydalarının, eləcə də qiymətin tərkib hissəsini təşkil edən xərclərin iqtisadi cəhətdən əsaslandırılmasını təmin etmək;

8.1.3. qiymətlərin tənzimlənməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanlarına təqdim etmək;

8.1.4. tənzimlənən qiymətlərin səviyyəsinin dəyişməsi barədə məlumatların media ilə yayılmasını təmin etmək.

8.2. Məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətlərin tənzimlənən təsərrüfat subyektlərinin hüquqları aşağıdakılardır:

8.2.1. qiymətlərin tənzimlənməsi prosesində iştirak etmək;

8.2.2. dövlətin qiymət siyasətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

8.2.3. qiymətlərin tənzimlənməsinə dair qəbul edilmiş qərarlardan qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət etmək;

8.2.4. hər ilin sonunda tənzimlənən qiymətlər və onların səviyyəsinin dəyişməsi barədə analitik təhlili məlumatların toplu şəklində nəşrini təmin etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver