Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-1

Maddə 15-1. İcbari tibbi sığortanın əsas prinsipləri

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-1.1. İcbari tibbi sığortanın əsas prinsipləri aşağıdakılardır:

15-1.1.1. əhalinin tibbi xidmət almaq hüququna, habelə tibbi xidmətlərin, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi;

15-1.1.2. sığortalıların icbari tibbi sığorta münasibətlərində həmrəylik prinsipinə əsaslanaraq iştirakının təmin edilməsi;

15-1.1.3. sığorta hadisəsi baş verdikdə, sığortaolunana xidmətlər zərfi çərçivəsində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına tibbi xidmətlərin göstərilməsi, habelə onun dərman və tibb vasitələri ilə təmin edilməsi;

15-1.1.4. sığorta ödənişlərinin sığorta haqlarına mütənasibliyinin təmin edilməsi yolu ilə icbari tibbi sığortanın maliyyə sabitliyinin qorunması;

15-1.1.5. sığorta haqlarının müntəzəm ödənilməsinin məcburiliyi;

15-1.1.6. icbari tibbi sığortanın iştirakçılarının hüquqi bərabərliyi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver