Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-15

Maddə 15-15. İcbari tibbi sığorta üzrə sığorta ödənişi

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-15.1. İlkin tibbi-sanitariya yardımı üzrə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət tibb müəssisəsinə təhkim olunmuş şəxslərin sayına əsasən ödənilir.

15-15.2. Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkim olunma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-15.3. İlkin tibbi-sanitariya yardımı istisna olmaqla, xidmətlər zərfində nəzərdə tutulmuş digər tibbi xidmətlərin göstərilməsi üzrə sığorta ödənişləri xidmətlər zərfinin şərtlərinə və tariflərinə uyğun olaraq tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə qeyd olunmuş həcmdə ödənilir.

15-15.3-1. Pozitiv siyahıya daxil edilən dərman vasitələrinə görə sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən şərti kompensasiya məbləğinə əsasən ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinə görə eyni şərti kompensasiya məbləği ödənilir. Pozitiv siyahıya daxil olan ekvivalent dərman vasitələrinin pərakəndə satış qiyməti və şərti kompensasiya məbləği arasında yaranan fərq sığortaolunan tərəfindən ödənilir.

15-15.3-2. Pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

15-15.3-3. Xidmətlər zərfində nəzərdə tutulmuş stasionar şəraitdə istifadə olunan dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə dərman vasitələrinin və tibb vasitələrinin dəyəri tibbi xidmətlərin tariflərinin tərkib hissəsidir və bu halda sığorta ödənişi bu Qanunun 15-15.3-cü maddəsinə uyğun olaraq ödənilir.

15-15.4. Sığorta ödənişlərinin həyata keçirilməsi şərtləri bu Qanunun 15-19-cu və 15-19-1-ci maddələrində nəzərdə tutulan müqavilələr ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver