Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-16

Maddə 15-16. İcbari tibbi sığorta üzrə sığorta ödənişindən imtinanın əsasları

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-16.1. İcbari tibbi sığorta üzrə aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta ödənişinin verilməsindən imtina edir:

15-16.1.1. xidmətlər zərfinə daxil olmayan və (və ya) xidmətlər zərfinin şərtlərinə uyğun olmayan tibbi xidmətlərin göstərilməsi və tibb vasitələrinin verilməsi, habelə pozitiv siyahıya daxil olmayan dərman vasitələrinin buraxılması ilə bağlı olduqda;

15-16.1.2. tələb mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;

15-16.1.3. sığortaolunanın özü tərəfindən bilavasitə ödənilməli olduğu halda sığorta haqqının bu Qanunda nəzərdə tutulan qaydada hər hansı bir hissəsi ödənilməmiş olduğu təqdirdə;

15-16.1.4. sığorta limiti tam olaraq istifadə olunduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver