Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-19

Maddə 15-19. Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 15-19-1. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə

15-19-1.1. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə sığortaçı ilə aptek təşkilatının hüquq və vəzifələrini, dərman vasitələrinin buraxılması şərtlərini, pozitiv siyahıya daxil olan dərman vasitələrinin şərti kompensasiya məbləği üzrə sığorta ödənişinin verilməsi qaydasını və müddətlərini, müqavilənin şərtlərinin pozulması nəticəsində dəbbə pulunun həcmini və yuxarı həddini, müqaviləyə xitam verilməsi şərtlərini və digər zəruri məsələləri tənzimləyir.

15-19-1.2. Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilənin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver