Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-18

Maddə 15-18. Müştərək maliyyələşmə məbləği

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-18.1. Müştərək maliyyələşmə məbləği tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə və ya dərman vasitələrini buraxmış aptek təşkilatına sığortaolunan tərəfindən birbaşa ödənilir.

15-18.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisəsinə və aptek təşkilatına ödənilən sığorta ödənişinin məbləği müştərək maliyyələşmə məbləği həcmində azaldılır.

15-18.3. Müştərək maliyyələşmə məbləği və onun tətbiq olunduğu hallar (bu Qanunun 15-28.3-cü maddəsində göstərilən hal istisna olmaqla) tibbi xidmətlərə münasibətdə xidmətlər zərfi, dərman vasitələrinə münasibətdə isə pozitiv siyahı ilə müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver