15-4.1. İcbari tibbi sığorta üzrə sığortaolunanların aşağıdakı hüquqları vardır:
15-4.1.2. bu Qanunun 15-3.1-ci və 15-28-ci maddələrinin müddəaları nəzərə alınmaqla tibb müəssisəsini, habelə həkimi seçmək və bu Qanunla nəzərdə tutulmuş qaydada xidmətlər zərfinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək, həmçinin bu Qanunun 15-3.4-cü və 15-23-1.1-ci maddələri nəzərə alınmaqla, aptek təşkilatını seçmək və pozitiv siyahıya daxil olan dərman vasitələri ilə təmin olunmalarını tələb etmək;
15-4.1.3. göstərilən tibbi xidmətin növü, həcmi, müddəti, keyfiyyəti və şərtləri haqqında düzgün məlumatın verilməsini tibb müəssisəsindən, buraxılan dərman vasitələrinin qiyməti, şərti kompensasiya məbləği və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər məlumatları aptek təşkilatından tələb etmək
15-4.1.4. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həkim sirri təşkil edən məlumatların gizli saxlanmasını tələb etmək;
15-4.1.5. tibb müəssisəsinin və aptek təşkilatının təqsiri üzündən dəymiş zərərin əvəzinin ödənilməsini tibb müəssisəsindən və aptek təşkilatından tələb etmək;
15-4.1.6. icbari tibbi sığorta sahəsində hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya məhkəməyə müraciət etmək;
15-4.1.7. xeyrinə ödənilmiş sığorta ödənişləri barədə məlumat almaq;
15-4.1.8. sığortaçıdan icbari tibbi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
15-4.1.9. onları icbari tibbi sığorta etməyi, habelə sığorta haqqının tam həcmdə və vaxtında ödənilməsini sığortalıdan tələb etmək.
15-4.2. İcbari tibbi sığorta üzrə sığortaolunanların vəzifələri aşağıdakılardır:
15-4.2.1. tələb edildiyi təqdirdə sağlamlıq vəziyyətinin göstəriciləri haqqında ona məlum olan məlumatları tibb müəssisəsinə vermək;
15-4.2.2. tibb müəssisəsinə müraciət etdikdə, şəxsiyyətini təsdiq edən sənədi ona təqdim etmək.