Qanunvericilik › Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15-7

Maddə 15-7. İcbari tibbi sığorta üzrə tibb müəssisəsinin və aptek təşkilatının hüquq və vəzifələri

Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15-7.1. Tibb müəssisəsinin aşağıdakı hüquqları vardır:

15-7.1.2. bu Qanunun 15-3.1-ci maddəsinə əsasən müəyyən edilən tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;

15-7.1.3. bu Qanunun 15-19-cu maddəsinə uyğun olaraq bağlanmış müqavilə əsasında göstərilmiş tibbi xidmətə görə sığorta ödənişini sığortaçıdan tələb etmək;

15-7.1.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunla nəzərdə tutulmuş qaydada apardığı ekspertizanın nəticələrini mübahisələndirmək.

15-7.2. Tibb müəssisəsinin aşağıdakı vəzifələri vardır:

15-7.2.1. bu Qanunun və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanlara xidmətlər zərfinə daxil olan tibbi xidmətlər göstərmək;

15-7.2.2. icbari tibbi sığorta çərçivəsində və tibbi xidmətlərin göstərilməsi haqqında müqavilənin şərtlərinə uyğun olaraq tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə təminat vermək;

15-7.2.3. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətin uçotunu aparmaq;

15-7.2.4. icbari tibbi sığorta çərçivəsində göstərilmiş tibbi xidmətin növünə, həcminə, müddətinə, keyfiyyətinə və şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanlar, onlara göstərilən tibbi xidmətlərin növü, müddəti, keyfiyyəti, şərtləri, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları sığortaçıya vermək;

15-7.2.5. icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmət barədə hesabatları bu Qanunla nəzərdə tutulmuş qaydada və müddətdə sığortaçıya təqdim etmək;

15-7.2.6. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək;

15-7.2.7. tibbi xidmətlərin göstərilməsi haqqında müqavilədə nəzərdə tutulmuş ixtisaslaşdırılmış tibbi yardım xidmətinin göstərilməsi mümkün olmadıqda, təcili və təxirəsalınmaz hallarda tibb müəssisəsi tərəfindən öz maliyyə vəsaiti hesabına sığortaolunanı bu xidməti göstərən digər tibb müəssisəsinə göndərmək.

15-7.3. Aptek təşkilatının aşağıdakı hüquqları vardır:

15-7.3.1. bu Qanunun 15-3.4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdikdə, icbari tibbi sığortanın həyata keçirilməsində iştirak etmək;

15-7.3.2. bu Qanunun 15-19-1-ci maddəsinə uyğun olaraq bağlanılmış müqavilə əsasında buraxılmış dərman vasitələrinə görə sığorta ödənişini sığortaçıdan tələb etmək;

15-7.3.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunda nəzərdə tutulmuş qaydada apardığı tibbi-iqtisadi ekspertizanın nəticələrini mübahisələndirmək.

15-7.4. Aptek təşkilatının aşağıdakı vəzifələri vardır:

15-7.4.1. bu Qanunun, habelə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması haqqında müqavilənin şərtlərinə uyğun olaraq sığortaolunanları reseptə uyğun dərman vasitələri ilə təmin etmək;

15-7.4.2. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin uçotunu aparmaq;

15-7.4.3. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələri barədə məlumatları sığortaçıya təqdim etmək;

15-7.4.4. icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə buraxılmış dərman vasitələrinin həcminə və buraxılma şərtlərinə nəzarətin həyata keçirilməsi məqsədilə sığortaolunanların səhhətinə dair məlumatları, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlarla bağlı həkim sirri təşkil edən məlumatları sığortaçıya təqdim etmək;

15-7.4.5. onun təqsiri üzündən sığortaolunanların sağlamlığına dəymiş zərərin əvəzini ödəmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver