Torpaq bazarının təşkili sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
dövlətin aqrar siyasətinin həyata keçirilməsi;
torpaq hərraclarının və müsabiqələrinin təşkili qaydalarına dair normativ-hüquqi sənədlərin işlənməsi və təsdiq edilməsi;
torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlərin sənədləşdirilməsi üçün əsasnamələrin və nümunəvi müqavilələrin hazırlanması və təsdiqi;
torpaq bazarı subyektlərinin hüquq və vəzifələrinin əhali arasında geniş formada təbliğ olunması;
torpaq bazarını səciyyələndirən rəsmi məlumatların müntəzəm toplanması, xüsusi bülletenlər və media ilə aşkarlanması;
torpaq bazarında bağlanmış əqdlərin və torpaq üzərində hüquqların dövlət qeydiyyatı və sənədləşdirilməsi;
torpaq əqdləri ilə bağlı dövlət rüsumlarının hədlərinin və onların ödənilməsi qaydalarının müəyyən edilməsi;
inzibati-ərazi vahidləri üzrə yerli şərait nəzərə alınmaqla xüsusi mülkiyyətçinin əldə edə biləcək torpaq sahəsinin yuxarı həddinin müəyyən edilməsi;
Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.