Qanunvericilik › Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Torpaq bazarının ümumi qaydaları

Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsi ilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

Torpaq bazarı münasibətləri ilə əlaqədar əqdlər torpaq mülkiyyətçilərinin və istifadəçilərinin son əqd bağlananadək qəbul etdikləri öhdəliklər nəzərə alınmaqla bağlanılır.

Torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alqı-satqısı torpaqların məqsədli təyinatını hə hüquqi rejimini, ərazinin şəhərsalma sənədləri əsasında inkişaf perspektivlərini nəzərə almaqla həyata keçirilir.

Şəhərsalma, ekoloji və sosial tələblər baxımından sökülməsi və ya yaşayış məntəqəsi hüdudlarından kənara çıxarılması planlaşdırılan dövlət mülkiyyətindəki obyektlərin altında olan torpaqların satışına icazə verilmir. Belə obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Torpaq bazarında bağlanan əqdlər qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

III fəsil

Torpaq bazarInIn tənzİmlənməsİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver