Qanunvericilik › Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Dövlət ehtiyacının müəyyən edilməsi və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır.

9.2. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə aşağıdakılar yerinə yetirilməlidir:

9.2.1. dövlət ehtiyacının təmin edilməsi üçün alınmanın təsirinə məruz qalan torpaqların sərhədlərinin müəyyən edilməsi, onların kateqoriyalarını, dəqiq ölçülərini, növlərini və yerləşməsini əks etdirən yerquruluşu xəritəsinin (kağız və elektron daşıyıcıda) tərtib edilməsi;

9.2.2. alınması təklif olunan torpağın kateqoriyalarının və mülkiyyət növünün müəyyənləşdirilməsi;

9.2.3. alınmanın təsirinə məruz qala biləcək şəxslərin tam siyahısının tərtib edilməsi;

9.2.4. alınma üçün tələb olunan maliyyə vəsaitinin ilkin məbləğinin və onun maliyyələşmə mənbələrinin müəyyən edilməsi;

9.2.5. bu Qanunun 10-17-ci maddələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi;

9.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən edə biləcəyi əlavə tədbirlərin həyata keçirilməsi.

9.3. Torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq dövründə yerinə yetirilən tədbirlərin əlaqələndirilməsi alan orqan tərəfindən həyata keçirilir.

9.4. Bu Qanunun 9.1-ci maddəsində göstərilən qərarın qəbul edilməsi təklifi ilə müvafiq icra hakimiyyəti orqanları çıxış edə bilərlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver