15.1. Toxum əməliyyatçısı tərəfindən bu Qanunun 13.7-ci maddəsinin tələblərinin pozulduğu və ya toxumçuluq sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Reyestrdən çıxarışı həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır.
15.2. Toxum əməliyyatçısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsində göstərilən hal istisna olmaqla, Reyestrdən çıxarışın dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 (üç) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.
15.3. Reyestrdən çıxarış onun dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.5-ci maddəsinə uyğun olaraq bərpa olunur.
15.4. Reyestrdən çıxarışın dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular toxum əməliyyatçısı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.