16.1. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə təbii fəlakətlər və ya digər fövqəladə hallar zamanı yardımın göstərilməsi məqsədilə bu Qanunun 16.2-ci və 16.5-ci maddələrində göstərilən qaydada dövlət toxumçuluq qurumunun təklifləri əsasında “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq toxum ehtiyatı fondları yaradılır.
16.2. Dövlət toxum ehtiyatı fondları dövlət büdcəsinin vəsaiti hesabına yaradılır və Azərbaycan Respublikasının mülkiyyətidir.
16.3. Dövlət toxum ehtiyatı fondları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır.
16.4. Toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
16.5. Toxum ehtiyatı fondlarında Reyestrə daxil edilmiş sortlara aid olan, həmçinin sortluq və səpin keyfiyyətləri toxumçuluq sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən toxumlar tədarük edilir və saxlanılır.
16.6. Dövlət toxum ehtiyatı fondlarına toxum tədarükü ilə bağlı sifariş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.
16.7. Naxçıvan Muxtar Respublikasında dövlət toxum ehtiyatı fondlarının yaradılması və istifadəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.