Təhlükəli tullantıların, o cümlədən təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər (işçilər) təhlükəli tullantılarla işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına malik olmalıdırlar.
İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır.