3.0. Tütündən istifadənin nəticələrindən qorunmanın əsas prinsipləri aşağıdakılardır:
3.0.1. vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsi;
3.0.2. ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınması;
3.0.3. tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və digər qurumların məsuliyyəti;
3.0.4. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin həyata keçirilməsinin fasiləsizliyi və ardıcıllığı;
3.0.5. həyat və sağlamlığın qorunmasının tütün istehsalçılarının mənafelərindən üstünlüyü;
3.0.6. tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsi;
3.0.7. dövlətin, bələdiyyələrin, vətəndaşların, tütün təşkilatları ilə əlaqədar olmayan fərdi sahibkarların, hüquqi şəxslərin və qanunvericiliyə uyğun olaraq yaradılmış digər qurumların qarşılıqlı fəaliyyəti;
3.0.8. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinin aşkarlığı və səmərəliliyinin müstəqil qiymətləndirilməsi;
3.0.9. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılması.