Qanunvericilik › Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin vəzifələri

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:

4.1.1. dövlət siyasətinin həyata keçirilməsi;

4.1.2. sağlamlığın qorunması sahəsində qanunvericiliyə uyğun olaraq tibb müəssisələrində vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığı və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi yardım göstərilməsinin təşkilinin təmin edilməsi;

4.1.3. dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

4.1.4. beynəlxalq əməkdaşlıq, o cümlədən beynəlxalq müqavilələrin bağlanması;

4.1.5. ətraf mühitdəki tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin monitorinqinin keçirilməsi, həmçinin Azərbaycan Respublikasının ərazisində tütündən istifadənin miqyasını müəyyənləşdirmək və istifadənin azaldılmasına nail olmaq məqsədi ilə həyata keçirilən və (və ya) planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.

4.2. Dövlətin bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan vəzifələrini müvafiq icra hakimiyyəti orqanı yerinə yetirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver