Qanunvericilik › Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Tütün tüstüsünün təsirinin qarşısının alınmasına və tütündən istifadənin azaldılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. Ətraf mühitdəki tütün tüstüsünün təsirinin və tütün istifadəsi ilə bağlı xəstəliklərin yaranmasının qarşısının alınması və tütündən istifadənin azaldılması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilir:

9.1.1. ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulması və həmin qadağanın pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

9.1.2. tütün məmulatlarına tələbatın azaldılmasına yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;

9.1.3. tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması;

9.1.4. tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növlərinin qadağan edilməsi;

9.1.5. fiziki şəxslərə tütündən istifadənin dayandırılmasına, tütün asılılığının və tütündən istifadə nəticəsində yaranan xəstəliklərin müalicəsinə yönəldilmiş tibbi və psixoloji yardımın göstərilməsi;

9.1.6. tütün məmulatlarının qeyri-qanuni dövriyyəsinin qarşısının alınması;

9.1.7. tütün məmulatlarının dövriyyəsinin məhdudlaşdırılması;

9.2. Tütün məmulatları tullantılarının ətraf mühitə atılması qadağandır. Onların utilizasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver