10.1. Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdirilir. Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
10.2. İcbari dispanserizasiya tədbirləri bələdiyyə vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.