Qanunvericilik › Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri

Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

9.1. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri kağız üzərində və elektron daşıyıcılarında aparılır.

9.2. İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri və sağlamlıq vəziyyəti barədə qısa məlumat, aldığı tibbi yardımlar haqqında göstərişlər qeyd olunur, hər bir uşaq üçün xüsusi kart doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver