Qanunvericilik › Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. İnformasiya məhsulunun ekspertizasının aparılması qaydası

Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən təşkil olunur.

14.2. Bu Qanunun icrasına nəzarəti həyata keçirən televiziya və radio yayımı sahəsində müvafiq dövlət orqanı və müvafiq icra hakimiyyəti orqanları (bundan sonra – müvafiq dövlət orqanları) informasiya məhsulunun işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə müstəqil şəkildə həmin informasiya məhsulunun ekspertizasını təşkil edir.

14.3. İnformasiya məhsulunun ekspertizasının aparılma müddəti otuz gündən çox ola bilməz.

14.4. Ekspertizanın nəticələrini özündə əks etdirən ekspert rəyi ekspertizanı sifariş edən şəxsə təqdim edilir. Bu Qanunun 14.2-ci maddəsinə əsasən aparılan ekspertiza üzrə ekspert rəyinin surəti informasiya məhsulunun istehsalçısına və ya yayıcısına göndərilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver