Qanunvericilik › Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Ekspert rəyi

Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

15.1. Ekspert rəyində aşağıdakılar göstərilir:

15.1.1. informasiya məhsulunun ekspertizasının aparıldığı tarix və yer;

15.1.2. ekspertizanın aparılmasının əsasları;

15.1.3. ekspertizanı aparan ekspert haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, vəzifəsi və elmi dərəcəsi) məlumat;

15.1.4. ekspertizanın aparılması üçün ekspertə təqdim edilmiş tədqiqat obyektləri və materialları;

15.1.5. istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;

15.1.6. tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması;

15.1.7. informasiya məhsulunda uşaqlar üçün zərərli olan informasiyanın olub-olmaması, informasiya məhsulunun bu Qanunla müəyyən edilmiş yaş kateqoriyasına və işarəyə uyğunluğu barədə nəticələr;

15.1.8. ekspertizanı aparmış ekspertin imzası, həmçinin ekspert təşkilatının möhürü və həmin təşkilatın rəhbərinin imzası.

15.2. Ekspert rəyində aşağıdakı əsas sualları cavablandırılmalıdır:

15.2.1. təqdim edilən informasiya məhsulu hansı yaş kateqoriyasına aiddir;

15.2.2. informasiya məhsulu aid edilmiş yaş kateqoriyasına uyğundurmu;

15.2.3. informasiya məhsulunda bu Qanuna əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiya mövcuddurmu.

15.3. Ekspert rəyi ilə razı olmayan hüquqi və ya fiziki şəxs həmin rəydən müvafiq icra hakimiyyəti orqanının yaratdığı, informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspert şurasına şikayət verə və rəyi məhkəmə qaydasına mübahisələndirə bilər. Həmin şuranın tərkibinə bu Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan orqanların nümayəndələri də daxil olur. İctimai əsaslarla fəaliyyət göstərən ekspert şurası müvafiq sahədə qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün tədbirlər görür. Şuranın əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver