Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-3

Maddə 13-3. Lisenziyanın verilməsindən imtina

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-3.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

13-3.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 13-2.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);

13-3.1.2. ərizəçi lisenziya verilməsi şərtlərini yerinə yetirmədikdə;

13-3.1.3. nizamnamə (şərikli) kapitalında payın əldə edilməsinə yönəldilən vəsaitlərin mənbəyi məlum olmadıqda;

13-3.1.4. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxsə təsirinin onun etibarlı və prudensial idarə edilməsi üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar mövcud olduqda, habelə idarəetmə funksiyalarını yerinə yetirən şəxslər, mühüm iştirak pay sahibləri (hüquqi şəxs olduqda onun icra orqanının rəhbəri) və ya benefisiar mülkiyyətçilər vətəndaş qüsursuzluğu tələblərinə cavab vermədikdə;

13-3.1.5. təsisçinin (qeyri-rezident hüquqi şəxsin filialına münasibətdə qeyri-rezident hüquqi şəxsin) maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda.

13-3.2. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin qərardan məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver