Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-7

Maddə 13-7. Lisenziyanın dayandırılması

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-7.1. Lisenziya aşağıdakı hallarda dayandırılır:

13-7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-7.1.2. lisenziyanın sahibi valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qanunun tələblərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qanunla müəyyən olunmuş qaydada qəbul olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankının göstərişlərini yerinə yetirmədikdə (lisenziyanın ləğvi üçün əsas olan hallar istisna olmaqla);

13-7.1.3. qanunla müəyyən edilmiş digər hallarda.

13-7.2. Lisenziya Azərbaycan Respublikasının Mərkəzi Bankın qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

13-7.3. Lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə Azərbaycan Respublikasının Mərkəzi Banka yazılı məlumat verməlidir.

13-7.4. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya sahibinin müvafiq ərizəsinə, bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halların aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankın qərarı ilə bərpa olunur.

13-7.5. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 3 aydan və təqvim ili ərzində 1 dəfədən artıq ola bilməz.

13-7.6. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 6 aydan artıq ola bilməz.

13-7.7. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-7.8. Lisenziyanın sahibi lisenziyanın dayandırılması haqqında qərardan məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver