Qanunvericilik › Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-8

Maddə 13-8. Lisenziyanın ləğvi

Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-8.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

13-8.1.1. lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-8.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı ləğv edildikdə;

13-8.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

13-8.1.6. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

13-8.1.6-1. minimum nizamnamə (şərikli) kapitalının və ya qeyri-rezident hüquqi şəxsin filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitinin miqdarı, habelə girov məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi miqdardan az olduqda;

13-8.1.7. bu Qanunun 13-7.3-cü maddəsində göstərilənlərlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Banka yazılı məlumat verilmədikdə;

13-8.1.8. lisenziyanın sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda;

13-8.1.8-1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edilmədən valyuta mübadiləsi fəaliyyəti 3 ay müddətində dayandırıldıqda və ya bu Qanunun 13-7.1.1-ci maddəsinə uyğun olaraq dayandırılmış lisenziyanın bərpa olunması ilə bağlı ərizə təqdim edilmədikdə;

13-8.1.8-2. hesabatlar ardıcıl olaraq iki hesabat tarixinə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilmədikdə və ya təhrif olunmuş hesabatlar təqdim edildikdə;

13-8.1.8-3. bu Qanunun 13-3.1.4-cü maddəsində göstərilən faktlar müəyyən edildikdə;

13-8.1.9. bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar 6 ay müddətində aradan qaldırılmadıqda və lisenziyanın bərpa olunması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankın qərarı olmadıqda;

13-8.1.10. qanunla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunmadıqda;

13-8.1.11. bu Qanunun 13-2.11-ci maddəsinin üçüncü cümləsində müəyyən olunmuş qadağaya əməl olunmadıqda;

13-8.1.12. qanunla müəyyən edilmiş digər hallarda.

13-8.2. Lisenziya bu Qanunun 13-8.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 13-8.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, Azərbaycan Respublikasının Mərkəzi Bankın qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-8.3. Lisenziyanın sahibi lisenziyanın ləğvi haqqında qərardan məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver