1. Valyuta nəzarətinin məqsədi valyuta əməliyyatları aparılarkən valyuta qanunvericiliyinə əməl olunmasını təmin etməkdir.
2. Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:
a) aparılan valyuta əməliyyatlarının qüvvədə olan qanunvericiliyə uyğunluğunu və bunun üçün lisenziya və icazələrin olmasını müəyyən etmək;
b) dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan Respublikasının valyuta bazarında valyutanın satışı üzrə öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini yoxlamaq;
v) xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu yoxlamaq;
q) valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və obyektivliyini yoxlamaq.