1. Azərbaycan Respublikasında valyuta nəzarəti valyuta nəzarəti orqanları və onların agentləri tərəfindən həyata keçirilir.
2. Azərbaycan Respublikasının əsas valyuta nəzarəti orqanı Azərbaycan Respublikasının Mərkəzi Bankı və müvafiq icra hakimiyyəti orqanıdır, valyuta nəzarəti agentləri isə müvəkkil banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərdir.
3. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən icra hakimiyyəti orqanı rezident və qeyri-rezident tərəfindən milli və xarici valyutanın, eləcə də digər valyuta sərvətlərinin müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsinə, habelə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş digər hallarda valyuta nəzarətini həyata keçirir.