1. Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikasında icrası məcburi hesab edilən normativ hüquqi və normativ xarakterli aktlar qəbul edirlər.
2. Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri daxilində:
a) Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyə, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət edirlər;
b) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatlarını yoxlayırlar;
v) rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər.