1. Valyuta nəzarəti orqanları və agentləri aşağıdakı hüquqlara malikdirlər:
a) onlar tərəfindən həyata keçirilən valyuta nəzarəti funksiyaları ilə əlaqədar bütün sənədləri yoxlamaq, yoxlamalar zamanı meydana çıxan məsələlər üzrə zəruri izahatlar və məlumatlar almaq, eləcə də valyuta qanunvericiliyi sahəsində pozuntuları əks etdirən sənədləri götürmək;
b) bu maddədə göstərilən sənədlərin və məlumatların təqdim edilmədiyi halda müvəkkil banklarda hesablar üzrə əməliyyatları dayandırmaq;
q) Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara.
2. Valyuta nəzarəti orqanları və agentləri, onların vəzifəli şəxsləri valyuta nəzarəti funksiyasını yerinə yetirərkən rezident və qeyri-rezidentlərin onlara məlum olmuş kommersiya sirlərini qorumalıdırlar.
3. Valyuta nəzarəti orqanları və onların vəzifəli şəxsləri onlara həvalə edilmiş vəzifələri lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərlər.