1. Müvəkkil banklar da daxil olmaqla, bu Qanunun müddəalarını pozmuş rezidentlər və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar:
a) bu Qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin dövlətin mədaxilinə silinməsi;
b) müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər valyuta əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, bu Qanunun 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valyuta nəzarəti orqanlarına və agentlərinə sənədləri və məlumatları təqdim etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
2. Bu maddədə göstərilən sanksiyaların tətbiq edilməsi valyuta nəzarəti orqanları tərəfindən, o cümlədən valyuta nəzarəti agentlərinin təqdimatı ilə hüquqi şəxslər üzrə mübahisəsiz qaydada, fiziki şəxslər üzrə isə məhkəmə qaydasında həyata keçirilir.
3. Valyuta qanunvericiliyinin pozulmasına görə rezident və qeyri-rezident olan müəssisə və təşkilatların, o cümlədən müvəkkil bankların və digər valyuta nəzarəti agentlərinin vəzifəli şəxsləri, eləcə də fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə inzibati, mülki-hüquqi və cinayət məsuliyyəti daşıyırlar.