6.1. Xaricdə yaşayan azərbaycanlılarla bağlı iqtisadi sahədə dövlət siyasətinin reallaşması məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:
6.1.1. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiya təşkilatları ilə xaricdə yaşayan azərbaycanlıların kommersiya təşkilatları arasında əməkdaşlığı təşviq edir;
6.1.2. xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrin yaradılmasına kömək göstərir;
6.1.3. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaradır.
6.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər.
6.3. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsədləri üçün, xaricdə yaşayan azərbaycanlılara maliyyə yardımı edən fiziki və hiiquqi şəxslərə vergi, gömrük güzəştləri və digər güzəştlər qanunla müəyyən edilir.
6.4. Təbii fəlakətlər, ekoloji və digər qəzalar baş vermiş yerlərdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada humanitar yardım göstərilir.