Qanunvericilik › Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasəti

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.1. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərir və bu məqsədlə tədbirlər görür.

7.2. Azərbaycan Respublikasının dövlət orqanları digər dövlətlərdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətləri ilə hərtərəfli əməkdaşlıq həyata keçirir.

7.3. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni, elmi və informasiya tələbatını ödəmək üçün Azərbaycan Respublikasının digər dövlətlərdə olan elm və mədəniyyət mərkəzlərindən istifadə etmək imkanı verilir.

7.4. Xaricdə yaşayan azərbaycanlılara öz mədəni irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsində yardım məqsədi ilə Azərbaycan Respublikasının dövlət orqanları aşağıdakı tədbirləri həyata keçirir:

7.4.1. xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir;

7.4.2. xarici ölkələrdə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir;

7.4.3. xaricdə yaşayan azərbaycanlıların mədəni irsinin öyrənilməsinə kömək göstərir;

7.4.4. xaricdə yaşayan azərbaycanlılara öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərir;

7.4.5. xaricdə yaşayan azərbaycanlıların Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir;

7.4.6. xaricdə yaşayan azərbaycanlılara Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver