Qanunvericilik › Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. İnformasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.0. Azərbaycan Respublikasının dövlət orqanları xaricdə yaşayan azərbaycanlılara informasiya sahəsində kömək məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:

8.0.1. xaricdə yaşayan azərbaycanlılara ana dilində informasiya almaqda və yaymaqda, informasiya vasitələri yaratmaqda, müvafiq xarici dövlətlərlə Azərbaycan Respublikası arasında informasiya əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində yardım göstərir;

8.0.2. xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasəti haqqında və yaşadıqları dövlətlərdə azərbaycanlıların vəziyyəti haqqında informasiyanın yayılmasını təmin edir;

8.0.3. Azərbaycan Respublikasından ana dilində televiziya, radio, dövri mətbuat, internet və digər vasitələrlə informasiyanın yayılması üçün şərait yaradır;

8.0.4. xaricdə yaşayan azərbaycanlıların məlumatlandırılmasını həyata keçirən Azərbaycan Respublikasının media subyektlərinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, maliyyə və maddi-texniki vəsaitlər verir;

8.0.5. xaricdə yaşayan azərbaycanlılara məxsus olan media subyektlərinə yardım göstərir;

8.0.6. diaspor ilə işin təşkil olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiq olunmasına yardım göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver