Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı bu əraziləri statusu, onların coğrafi mövqeyi və sərhədləri, həmin ərazilərin və obyektlərin xüsusi mühafizəsinin rejimi təbiət istifadəçiləri, ekoloji, elmi, iqtisadi, tarixi və mədəni əhəmiyyəti barədə zəruri məlumatların məcmusudur.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu əraziləri perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə aparılır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrının və monitorinqinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
III fəsil
Xüsusİ mühafİzə olunan təbİət ərazİlərİ və obyektlərİ sahəsİndə İdarəetmə