Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən istifadə

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə əməl etmək şərti ilə aşağıdakı məqsədlərlə istifadə edilər bilər:

təbiəti mühafizə;

elmi tədqiqat;

ətraf mühitin monitorinqi;

sağlamlaşdırma;

təlim-tərbiyə;

turizm rekreasiya.

Xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayaraq şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver