Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində dövlətin səlahiyyətləri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

dövlət siyasətinin həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;

dövlət proqramlarını hazırlayıb təsdiq etmək;

dövlət nəzarətini həyata keçirmək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi üzrə tədbirlərə dövlət yardımı;

beynəlxalq əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini müəyyən etmək;

respublika və ya bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və ləğv edilməsi barədə qərar vermək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemlərini təsdiq etmək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət qeydiyyatının və kadastrının aparılması qaydalarını müəyyən etmək;

beynəlxalq əməkdaşlığı həyata keçirmək;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver