Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində bələdiyyələrin səlahiyyətləri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:

elmi müəssisə və təşkilatların və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və ləğv edilməsi barədə qərar qəbul etmək;

yerli əhəmiyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili üçün yerli büdcələrin tərkibində xərclər müəyyənləşdirmək və təsdiq etmək;

yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərinin mühafizəsi və istifadəsi üzrə qərarlar qəbul etmək;

özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parkları, zooloji parklar, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq, habelə bu kimi ərazilələri məqsədli təyinatı üzrə istifadəyə və icarəyə vermək, yaxud götürmək;

xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı və yerləşdirilməsi sxemləri üzrə təkliflər irəli sürmək;

yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsini və istifadəsinə nəzarəti həyata keçirmək;

öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver