Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə sahəsində fiziki və hüquqi şəxslərin və ictimai birliklərin iştirakı

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Fiziki və hüquqi şəxslərin və ictimai birliklərin xüsusi mühafizə olunan təbiət ərazilərini və obyektlərini idarəetmə üzrə tədbirlərdə iştirak etmək üçün aşağıdakı hüquqları vardır:

xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsi üzrə ictimai fondlar yaratmaq;

xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, onların inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanması üzrə təkliflər vermək;

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzrə ictimai ekspertizanın keçirilməsində iştirak etmək;

özlərinin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parkları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar yaratmaq, habelə bu kimi əraziləri məqsədli təyinatı üzrə istifadəyə və icarəyə götürmək;

xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üzərində qanunvericilikdə müəyyən edilmiş qaydada ictimai nəzarəti həyata keçirmək;

müəyyən edilmiş qaydada dövlət orqanlarında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında məlumat almaq;

qanunvericilikdə müəyyən edilmiş digər hüquqlara malik olmaq.

Fiziki və hüquqi şəxslər və ictimai birliklər xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirməyə borcludurlar.

Dövlət orqanları xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri sahəsində fiziki və hüquqi şəxsləri və ictimai birliklərin rəy və təkliflərinə baxmalıdırlar.

IV fəsil

Dövlət təbİət qoruqları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver