Dövlət təbiət qoruqlarının vəzifələri aşağıdakılardır:
genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin və təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;
elmi tədqiqatları təşkil etmək və aparmaq, “Təbiət səlnaməsi” tərtib etmək;
ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;
təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji ekspertizasında iştirak etmək;
ətraf təbii mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına köməklik etmək.