Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Dövlət təbiət qoruqlarında xüsusi mühafizə rejiminin xüsusiyyətləri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət təbiət qoruqlarında xüsusi mühafizənin vacib ümumi tədbirlərindən başqa, aşağıdakılar qadağan edilir:

bina və qurğuların, ümumi istifadə üçün yolları, boru kəmərlərinin və digər kommunikasiyaların tikintisi;

geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

oduncaq tədarükün, ikinci dərəcəli meşə ehtiyatları tədarükü, meşədən əlavə istifadə və ovçuluq təsərrüfatının ehtiyacları üçün meşədən istifadə;

bitki aləmindən təsərrüfat məqsədi ilə, habelə biçənək və otlaq kimi istifadə edilməsi;

ov və balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədi ilə istifadə edilməsi və ovlanması;

ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tədbiq edilməsi;

kolleksiyaların toplanması, xüsusi icazə olmadan bitki və heyvanları təbii mühitdən ayırmaqla elmi tədqiqatların keçirilməsi;

xüsusi icazə olmadan qoruqların ərazisində olmaq.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver