Milli parkların əsas vəzifələri aşağıdakılardır:
təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlama;
turizm və rekreasiya üçün şərait yaratmaq;
təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək;
əhalini ekoloji maarifləndirmək;
ekoloji monitorinqi həyata keçirmək;
zədələnmiş təbiət və tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etmək.