Milli parkların ərazilərində onların təbiət, tarix-mədəniyyət və digər xüsusiyyətləri nəzərə alınmaqla xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunur və aşağıdakı fəaliyyət zonaları müəyyən edir:
xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zonalar;
təsərrüfat fəaliyyətinin tənzimləmə rejimi tətbiq edilən zonalar;
turizm və rekreasiya zonaları;
turistlərə və başqalarına xidmət göstərilən zonalar;
milli parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonaları.
Turizm və rekreasiya zonalarında turizm və rekreasiya məqsədləri üçün təbiətdən istifadənin ayrı-ayrı növlərinə (ov, balıq və digər su bioresurslarının idman və həvəskar ovu və sair) yol verilir.
Milli parklarda müəyyən edilmiş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirləri keçirilir.
VI fəsil Təbİət parkları