Təbiət parkları - xüsusi ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və rekreasiya məqsədləri üçün ayrılmış təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə idarələri statuslu ərazilərdir.
Təbiət parklarının ərazisindəki torpaq sahələri onların daimi istifadəsinə verilir. Digər torpaq istifadəçilərinin və mülkiyyətçilərinin torpaqları ayrı-ayrı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada təbiət parklarının istifadəsinə verilə bilər.
Təbiət parkları respublika və ya bölgə əhəmiyyətli ola bilər. Bu ərazilər yerli əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləri kimi elan edilə bilər.
Yerli əhəmiyyətli təbiət parkları məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.
Hər bir təbiət parkının əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.