Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Təbiət parklarının zonalaşdırılması

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təbiət parklarının ərazilərində təbii sahələrin ekoloji və rekreasiya əhəmiyyətindən asılı olaraq xüsusi mühafizənin və istifadənin ayrı-ayrı rejimləri müəyyən edilir.

Təbiət parklarının ərazilərində təbiəti mühafizə, turizm və rekreasiya, tarix-mədəniyyət komplekslərinin və obyektlərinin mühafizə zonaları və digər fəaliyyət zonaları müəyyən edilə bilər.

Təbiət parklarının ərazilərində onların ekoloji, turizm və rekreasiya və estetik keyfiyyətinə mənfi təsir göstərən, tarix-mədəniyyət abidələrinin qorunub saxlanılması rejimini pozan fəaliyyət qadağan edilir.

Təbiət parklarının sərhədlərində onların ekoloji, mədəni, turizm və rekreasiya və estetik əhəmiyyətini aşağı salan fəaliyyət qadağan edilə və ya məhdudlaşdırıla bilər.

VII fəsil

Dövlət təbİət yasaqlıqları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver