Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Dövlət təbiət yasaqlıqları və onların təşkili

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət təbiət yasaqlıqları - təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.

Dövlət təbiət yasaqlıqları torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən torpaq sahələri alınmadan qanunvericiliklə müəyyən edilmiş qaydada onların torpaq sahələrində təşkil edilə bilər.

Dövlət təbiət yasaqlıqları respublika və ya bölgə əhəmiyyətli ola bilər.

Dövlət təbiət yasaqlıqları müxtəlif profilli, o cümlədən kompleks, bioloji, paleontoloji, hidroloji və geoloji profilli ola bilər.

Dövlət təbiət yasaqlıqları müvafiq dövlət orqanların təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver