Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 32

Maddə 32. Zooloji parkların təşkili, zonalaşdırılması və mühafizəsinin xüsusiyyətləri

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Zooloji parkların təşkili üçün torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada onların daimi istifadəsinə verilir.

Zooloji parklarda heyvanların saxlanılması və artırılması, habelə ora gələn adamlara göstərilməsi üçün - ekspozisiya, elmi tədqiqatların aparılması məqsədi ilə - elmi, gələn adamlara xidmət göstərilməsi üçün - ictimai, inzibati və təsərrüfat-istehsalat zonaları ayrılır.

Zooloji parklarda onların vəzifələrinin həyata keçirilməsi ilə bağlı olmayan və orada saxlanılan heyvanların məhvinə səbəb ola bilən hər hansı fəaliyyət və hərəkət qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver