Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 33

Maddə 33. Zooloji parklarda heyvanların artırılması

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Zooloji parklar Azərbaycan Respublikası və dünya faunasının heyvan kolleksiyalarını formalaşdırır və onların qorunub saxlanılmasını təmin edir.

Zooloji parklar müəyyən edilmiş qaydada heyvanların idxalını və ixracını, başqa zooloji profilli idarələrlə onların dəyişdirilməsini həyata keçirir.

Zooloji parklarda baytarlıq və zootexniki xidmət, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin nəsil verməsi üçün məntəqə yaradılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver