Zooloji parklardan elmi, mədəni və tədris məqsədləri üçün istifadə edilir.
Zooloji parklarda elmi tədqiqatlar heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılması və yetişdirilməsi sahəsində aparılır.
Zooloji parklar elmi məlumat bankları, fondlar, muzeylər, kitabxanalar və arxivlər yarada, onların fəaliyyəti ilə bağlı elmi, elmi-populyar və başqa ədəbiyyatlar nəşr edə, habelə mədəni-maarif, baytarlıq xidməti, seleksiya-damazlıq işləri sahəsində əhaliyə ödənişli xidmətlər göstərə bilər.
Zooloji parklarda bu idarələrin profilinə uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar, zooloji mağazalar və başqa obyektlər ola bilər.
X fəsil
Nəbatat bağları və dendrolojİ parklar