Qanunvericilik › Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Müalicə-sağlamlaşdırma yerləri və kurortlar

Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müalicə-sağlamlaşdırma yerlərinə xəstəliklərin müalicəsinin və profilaktikasının, habelə əhalinin istirahətinin təşkili üçün yararlı olan və təbii müalicəvi resurslara (mineral sular, müalicəvi palçıqlar, müalicəvi Naftalan nefti, şor göllər, müalicəvi iqlim, çimərliklər və sair) malik olan ərazilər aid edilə bilər.

Müalicə-sağlamlaşdırma yerləri və kurortlar onların səmərəli istifadə edilməsi və təbii müalicəvi resursların və sağlamlaşdırma xassələrinin qorunub saxlanılması məqsədi ilə yaradılır.

Müalicə-sağlamlaşdırma yerləri və kurortlar beynəlxalq, ölkə, və yerli əhəmiyyətli ola bilər.

Yerli əhəmiyyətli müalicəsağlamlaşdırma yerləri və kurortlar məqsədli təyinatı üzrə fiziki və hüquqi şəxslərin idarəçiliyinə, habelə istifadəsinə və icarəsinə verilə bilər.

Ərazilərin müalicəsağlamlaşdırma yerlərinə və kurortlara aid edilməsi qaydası, mühafizəsi və onların fəaliyyəti qanunvericiliklə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver